İspaniyalı futbol mütəxəssisi Albert Riera Serbiyanın “Srvena Zvezda” komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az bu barədə Belqrad klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
44 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Riera bu vəzifədə avqustun 11-də istefa vermiş Deyan Stankoviçi əvəzləyib. Stankoviç İsrailin “Hapoel” klubuna UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində 0:2 hesabı ilə məğlubiyyətdən sonra postunu tərk edib.
Albert Riera 2026-cı ilin mayında Frankfurt “Ayntraxt”ından ayrıldıqdan sonra işsiz idi. İspaniyalı mütəxəssis daha əvvəl Sloveniyanın “Çelye” və “Olimpiya”, həmçinin Fransanın “Bordo” komandalarını çalışdırıb.
Qeyd edək ki, Riera 2023/24 mövsümündə “Olimpiya” ilə Sloveniya çempionu olub. İspan mütəxəssisin “Çelye”dəki fəaliyyəti də uğurlu olub. O, bu komandanı avrokuboklarda uğurla çalışdırıb.


