Mareska: “Mançester Siti”ni qarşıda ciddi iş gözləyir”

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Super Kubokunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının erkən buraxılan qoldan sonra çətin vəziyyətə düşdüyünü bildirib.

“Şübhəsiz ki, erkən buraxılan qol məyusedici amil oldu. Yüksək intensivlikli oyunlarda ilk qolu buraxdıqda mübarizə aparmaq daha çətinləşir. Bununla belə, məncə, komandanın sonrakı reaksiyası kifayət qədər yaxşı idi. Qol vəziyyətlərimiz oldu, amma ikinci qol vəziyyəti daha da çətinləşdirdi”, – deyə Mareska bildirib.

Baş məşqçi komandanın qarşısında böyük işin dayandığını vurğulayıb:

“Bizi ciddi iş gözləyir. Mövsüm yenicə başlayır və yaxşılaşdırmalı olduğumuz çoxlu məqam var. Hətta qalib gəldiyimiz oyunlarda belə üzərində işləməli olduğumuz detallar olur”.

Xatırladaq ki, Mareskanın “Mançester Siti”nin baş məşqçisi kimi ilk rəsmi matçı “Arsenal”a qarşı olub. Komanda Kardiffdə keçirilən super kubok görüşündə 0:3 hesabı ilə uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: