Nazim Hüseynov “İmişli”yə lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” hücumameyilli yarımmüdafiəçisi Nazim Hüseynov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, “İmişli” Nazimi bu ilin fevralında heyətinə qatmışdı. Həmin vaxt 18 yaşlı yarımmüdafiəçi ilə 2 il 6 aylıq müqavilə imzalanmışdı.

Nazim Hüseynov “İmişli”nin heyətində cəmi 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“İmişli” bu yay Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas, Andrey Sinenka, Ezekiel Morqan və Ronaldo Souza ilə də yollarını ayırmışdı. Gedənlərin əvəzində Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə, Yusif İmanov, İvan Senin, Pikas və Əkbər Eyyubov heyətə cəlb ediliblər. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə də yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: