Niklas Füllkruq “Vest Hem”dən “Verder”ə qayıtdı

Futbol üzrə Almaniya milli komandasının mərkəz hücumçusu Niklas Füllkruq bundan sonra karyerasını “Verder”də davam etdirəcək.

Arena.az xəbər verir ki, Bremen təmsilçisi 33 yaşlı forvardı İngiltərənin “Vest Hem” klubundan 2027-ci ilin yayına qədər icarəyə götürüb.

Razılaşma barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Niklas Füllkruq üçün “Verder”ə qayıdış karyerasının əvvəlki mərhələsinə dönüş deməkdir. Hücumçu daha əvvəl Bremen klubunun formasını geyinib. Onun karyerasında həmçinin “Qröyter Fürt”, “Nürnberq”, “Hannover” və Dortmund “Borussiya”sı kimi komandalar yer alıb.
Almaniyalı futbolçu ötən mövsümün ikinci yarısını, 2026-cı ilin yanvarından etibarən, icarə əsasında İtaliyanın “Milan” klubunda keçirib. O, “rossoneri”nin heyətində bütün turnirlərdə 20 rəsmi matça çıxıb və 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: