Fransanın “Olimpik” (Marsel) klubunun argentinalı qapıçısı Xeronimo Rulyi yenidən İngiltərə nəhəngi “Mançester Siti”yə qayıdıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Mançester Siti” Liqa 1 təmsilçisinə bu transfer üçün 3,5 milyon avro ödəyib. 34 yaşlı qolkiperlə müqavilənin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Xeronimo Rulyi 2016/2017-ci illər mövsümündə də “Mançester Siti”nin heyətində yer alıb. Amma o, bir dəfə də oyuna çıxmayıb.
Xeronimo Rulyi Argentinanın “Estudiantes” klubunun yetirməsidir. O, uzun illər İspaniyada “Real Sosyedad” və “Vilyarreal” klublarının uğurları üçün çalışıb. Faxtilə Fransada “Monpelye”nin də şərəfini qorumuş qapıçı, “Ayaks”da da çıxış edib.
Argentina yığmasında cəmi 7 oyun keçirmiş futbolçu milli komanda ilə DÇ-2022-nin, Amerika Kubokunun (2023/2024), Finalissimanın (2021/2022) qalibi olub. O, “Vilyarreal”la Avropa Liqasının da qalibi adını qazanıb.


