Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ” bu gün Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Ağdam klubu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə üz-üzə gələcək.
Ukrayna təmsilçisi ilə Polşada keçirilmiş ilk oyunda Azərbaycan komandası 0:1 hesablı məğlubiyyətə üzülüb. İndi Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma meydanda keçiriləcək cavab görüşündə mütləq inamlı hesabla qələbə qazanmalıdır. Əks halda uzun illərdir qrup mərhələlərində görməyə alışdığımız bu komanda üçün avrokubok mövsümü erkən bitə bilər.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmanı İngiltərədən olan hakimlər idarə edəcək. Oyunun baş hakimi Stüart Attvell olacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
13 avqust
20:00. Qarabağ – Dinamo (Kiyev)
Baş hakim: Stüart Attvell (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.


