Fransanın PSJ klubunun mərkəz müdafiəçisi və kapitanı Markinyos bu komandanın heyətində 40-cı titulunu qazanıb.
Arena.az xəbər verir ki, 32 yaşlı braziliyalı futbolçu Paris təmsilçisinin UEFA Super Kubokunda İngiltərənin “Aston Villa” komandasına 2:1 hesabı ilə qalib gəldiyi görüşdə bu uğura imza atıb.
O, PSJ-nin tərkibində 11 dəfə Liqa 1-in, 10 dəfə Fransa Super Kubokunun, 8 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 2 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun və 1 dəfə Qitələrarası Kubokun qalibi olub.
Qeyd edək ki, Markinyos PSJ tarixinin ən titullu futbolçusudur. Bu, braziliyalı oyunçunun karyerasında ümumilikdə 41-ci mükafatı olub. O, futbol tarixində qazanılan kubokların sayına görə Dani Alveşə (41) çatıb və yalnız Lionel Messidən (45) geri qalır.


