Dominikan Respublikası yığma komandasının hücumameyilli yarımmüdafiəçisi Ronaldo Vaskes “Sumqayıt”la yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçunun sözləşməsi 1+1 il şərti ilə yenilənib.
Xatırladaq ki, Ronaldo Junior Vaskes 2025-ci ilin yanvar ayından “Sumqayıt”ın formasını geyinir. Yarımmüdafiəçi bu komandanın heyətində indiyə qədər 47 oyuna çıxıb, 10 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Ronaldo Vaskes karyerası boyunca yetirməsi olduğu “Atletiko Pantoxa” (Dominikan Respublikası) ilə yanaşı “Hapoel” (Təl-Əviv, İsrail) və “Quabira” (Boliviya) klublarında da çıxış edib.
Yarımmüdafiəçi 2018-ci ilin mart ayında Dominikan Respublikası milli komandasında debüt edib. “Sumqayıt”ın futbolçusu ölkəsinin yığmasında keçirdiyi 47 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə verib.


