Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo uzun illərdir birlikdə olduğu model Corcina Rodrigeslə rəsmi nikaha daxil olub.
Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu və həyat yoldaşı sosial şəbəkələrdə birgə fotolarını paylaşaraq şəxsi həyatlarında baş verən mühüm hadisəni açıqlayıblar.
Cütlük paylaşımlarında nikah üzüklərini də nümayiş etdirib.
Bundan əvvəl Avropa tabloidləri Ronaldonun və Rodrigesin toy mərasiminin avqustun 8-9-da keçiriləcəyini yazmışdı. Məlumata görə, qapalı mərasimin futbolçunun doğulduğu və böyüdüyü Funşal şəhərindəki kafedral kilsədə baş tutacağı gözlənilirdi. Daha sonra qonaqlıq şəhərdəki beşulduzlu otellərdən birində təşkil olunmalı idi.
Otel rəhbərliyinin digər müştərilərə əvvəlcədən xəbərdarlıq etdiyi, binanın iki mərtəbəsi ilə yanaşı bir neçə lounge və bar zonasının özəl VIP tədbiri üçün tamamilə bağlanacağı bildirilmişdi.
Ronaldo 2025-ci ildə Corcinaya rəsmi evlilik təklifi edib. Cütlük 2016-cı ildən romantik münasibətdədir. Onların münasibətindən iki övladı var, Ronaldo isə əvvəlki münasibətindən olan uşaqları ilə birlikdə böyük ailəyə sahibdir.


