Aaron Van-Bissaka “Vest Hem”i “Aston Villa”ya dəyişdi

İngiltərənin “Vest Hem” klubunun sağ cinah müdafiəçisi Aaron Van-Bissaka bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Aston Villa”nın rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub 28 yaşlı futbolçunu 2026/2027-ci illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Xatırladaq ki, “Vest Hem” Van-Bissakanı 2024-cü ilin avqustunda 17,6 milyon avro müqabilində “Mançester Yunayted”dən transfer edib. Onun bu klubla 2031-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. Aaron “Vest Hem”in heyətində 65 oyuna çıxıb, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Aaron Van-Bissaka İngiltərənin “Kristal Pelas” klubunun yetirməsidir. Amma müdafiəçi daha çox “Mançester Yunayted”in heyətindəki çıxışı ilə məşhurlaşıb.

Əslən Konqo Demokratik Respublikasından olan Van-Bissaka vaxtilə bu ölkənin U-17 yığmasında çıxış edib. O, sonralar İngiltərənin U-20 və U-21 yığmalarının formasını geyinməsinə baxmayaraq, əsas millidə debüt şansı qazanmayıb. 2025-ci ildə isə o, Konqo DR yığmasında debüt edib və indiyə qədər 16 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: