Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Nitsa” – “Loryan” və “Trua” – “Paris” matçlarında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Leman” – “Brest” görüşündə də qalib müəyyənləşməyib. “Lans” doğma meydanda “Oser”ə böyük hesabla qalib gəlibsə, “Tuluza” Lion “Olimpik”inə məğlub olub.
İlk turun qalan görüşləri avqustun 23-də baş tutacaq.
Fransa, Liqa 1
1-ci tur
21 avqust
Olimpik (Marsel) – Strasburq 4:0
22 avqust
Lans – Oser 5:2
Leman – Brest 2:2
Nitsa – Loryan 0:0
Tuluza – Olimpik (Lion) 0:2
Trua – Paris 0:0
23 avqust
17:00. Anje – Lill
19:15. Havr – Monako
22:45. Renn – PSJ


