Polşa millisinin və Almaniyanın “Volfsburq” klubunun qapıçısı Kamil Qrabara bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Turin təmsilçisi 27 yaşlı qapıçını icarə müqaviləsi əsasında heyətinə qatıb. Tərəflər 2027-ci ilin yayına qədər anlaşıblar. “Yuventus” mövsümün sonuna kimi Kamilin transfer hüquqlarını da almaq hüququna malikdir.
Kamil Qrabara Polşa futbolunun yetirməsidir. O, karyerası ərzində “Rux”, “Orhus”, “Haddersfild Taun” və “Kopenhagen” kimi klublarda da çıxış edib. 2024-cü ildən “Volfsburq”da çıxış edən polşalı qolkiper Bundesliqa təmsilçisinin heyətində 69 oyuna çıxıb, 120 qol buraxıb, 12 matçda qapısını toxunulmaz saxlayıb.
Qrabara Polşa millisinin də üzvüdür. O, yığmanın heyətində 6 oyun keçirib, 8 qol buraxıb, 1 matçdan “quru” çıxıb.
“Transfermarkt” Kamilin hazırkı bazar dəyərini 12 milyon avro qiymətləndirir.


