Tahir Gözəl “Sabah”ı ÇL- zəfərinə görə təbrik etdi

“Qarabağ”ın prezidenti Tahir Gözəl “Sabah”ı Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Azərbaycan çempionu “Sabah” ilk görüşdə 1:2 hesabı ilə uduzduğu İsrail çempionu “Hapeol”ə (Beer Şeva) Bakıdakı cavab matçında 5:2 hesabı ilə qalib gəlib. Tahir Gözəl bu oyunu Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyib. O, görüşdən sonra Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlama verərək paytaxt klubuna ÇL-in Liqa mərhələsində uğurlar arzulayıb:

“Sabah” Futbol Klubunu bu mühüm uğur münasibətilə ürəkdən təbrik edirəm. Belə bir qələbəyə stadiondan şahidlik etmək mənim üçün xüsusi qürur və sevinc idi. Azərbaycan bayrağının UEFA Çempionlar Liqasının Liqa mərhələsində yenidən dalğalanacaq olması bu nəticəni bizim üçün daha da dəyərli edir və bütövlükdə futbolumuz ilə xalqımız adına böyük nailiyyətdir. “Sabah” Futbol Klubuna “Qarabağ” Futbol Klubu adından Çempionlar Liqasının Liqa mərhələsində uğurlar arzulayıram və komandaya bu mötəbər turnirdə layiqli çıxış arzu edirəm”.

Xatırladaq ki, daha öncə “Qarabağ” da “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: