“Qarabağ” “Tvente” ilə həlledici oyuna çıxır

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” bu gün sözügedən turnirin 2026/27 mövsümündə növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində Niderlandın “Tvente” komandası ilə üz-üzə gələcək.

Bu komandalar arasındakı ilk qarşılaşma bir həftə öncə Enshede şəhərində keçirilib və Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İndi Ağdam klubuna turnirin əsas mərhələsinə vəsiqə qazanmaq üçün hətta heç-heçə də bəs edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək görüşə saat 22:00-da start veriləcək. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Rohit Saqqi olacaq.

Azərbaycanı uzun illərdir avrokubokların qrup və liqa mərhələsində təmsil edən “Qarabağ” bu il də oxşar uğuru təkrarlamaq üçün “Tvente” səddini keçməyə borcludur. Əks halda Ağdam klubunun uğurlu seriyası bu il qırıla bilər.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunu

27 avqust

20:00. Qarabağ – Tvente
Hakimlər: Rohit Saqqi, Anders Olav Dale, Ole Andreas Haukasen, Marius Hansen Qrotta (hamısı Norveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: