“Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirdikləri cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Niderland komandaları arasında bir həftə öncə Enshede şəhərində keçirilmiş ilk oyunda “Tvente” 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.
Amma Bakıdakı cavab görüşündə 4:1 hesablı qələbə qazanmış Niderland təmsilçisi Konfrans Liqasının əsas mərhələsinə yüksəlib. Con van den Brom oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki qarşılaşmaya kifayət qədər ciddi hazırlaşmışdıq. İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıqla bağlı idi. “Qarabağ”ın oyununu dəqiqliklə təhlil etmişdik və üzərində xüsusi çalışmışdıq. Elə bu hazırlığın sayəsində də lazımi nəticəni əldə etdik. Rəqibin qolundan sonra oyuna yanaşmamızı daha da ciddiləşdirdik. Futbolçular tez bir zamanda toparlandılar və meydandakı üstünlüyü ələ alaraq istədiyimiz qələbəni qazandıq”.


