Braziliyanın “Palmeyras” klubunun cinah hücumçusu Allan Andrade Elias bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
İngiltərə klubu bu transfer üçün “Palmeyras”a 37,5 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb.
Allan Andrade Elias “Palmeyras”ın öz yetirməsidir. O, Braziliya klubunun əsas komandasının heyətində 96 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib.
Braziliyalı vinger baş məşqçi Entso Mareskanın rəhbərlik etdiyi “Mançester Siti”yə bu yay qoşulmuş Elliot Anderson, Jeremi Monqa, Xeronimo Rulyi və Əyyub Buaddidən sonra növbəti transfer olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı vingerin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


