Rəhim Həsənov 3-cü turda hakim səhvi tapmadı – Video

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 3-cü turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 3-cü turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov bütövlükdə 6 oyunda qeydə alınmış 8 mübahisəli epizoda şərh verib. “Zirə” – “Neftçi” və “Sumqayıt” – “Qarabağ” matçlarında iki mübahisəli hakim qərarı mövcuddur. “Qəbələ” – “Şamaxı”, “Şəfa” – “İmişli”, “Kəpəz” – “Turan Tovuz” və “Araz-Naxçıvan” – “Sabah” oyunlarında isə hakimin bir qərarı mübahisə doğurub. Lakin Hakimlər Komitəsinin sədri bütün epizodlarda ədalət təmsilçilərinin doğru qərarlar verdiyini bəyan edib.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: