17 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-17) Qırğızıstan yığma komandası ilə yoxlama oyunları keçirib.
Arena.az xəbər verir ki, Azərbaycan milli komandası Qırğızıstanda təlim-məşq toplanışındadır.
U-17 yığmamız hazırlıq prosesi çərçivəsində Qırğızıstan milli komandası ilə iki sınaq matçına çıxıb. Millimiz avqustun 30-da keçirilmiş ilk oyunda bu rəqibinə 0:3 hesabı ilə məğlub olub. Bişkek şəhərində baş tutmuş ikinci matç da rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu Xədicə Rəhimova vurub.


