Futbol üzrə Almaniya yığmasının və “Monako”nun mərkəz müdafiəçisi Tilo Kerer bundan sonra “Ayaks”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Ayaks” 29 yaşlı almaniyalı futbolçunu bu mövsümün sonnuna kimi satınalma şərti ilə icarəyə götürüb. Kererin “Monako” ilə müqaviləsi isə 2028-ci ilin 30 iyununa qədər qüvvədədir. Amsterdam təmsilçisi bir mövsümlük icarə üçün knyazlıq təmsilçisinə 2 milyon avro ödəyib.
Tilo Kerer karyerası ərzində “Şalke”, PSJ və “Aston Villa” kimi klubların da formasını geyinib. O, 2024-cü ildən şərəfini qoruduğu “Monako”nun heyətində 99 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kerer 2018-ci ildə debüt etdiyi Almaniya milli komandasının heyətində 28 oyun keçirib.
“Transfermarkt” internet-portalı almaniyalı müdafiəçini 12 milyon avro məbləğində qiymətləndirir.



