Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 1-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 1-ci tur
“Qaradağ Lökbatan” – “Hypers” oyununda “Hypers”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. “Hypers”in futbolçusu Vüqar Əşrəfli hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Hypers” buna görə 250 manat cərimə edilib.
“Şəmkir” – “Marafon” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Şəmkir” 100 manat cərimə edilib.
“Zəngəzur” – “Ağstafa Gəncləri” oyununda “Zəngəzur”un 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunun 30-cu dəqiqəsində “Zəngəzur”un futbolçusu Şahin Zəkiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Zəngəzur” buna görə 100 manat cərimə edilib.


