Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 2-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Əvəzedicilər Liqası, 2-ci tur
“Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununun 85-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Adıgözəl Əkbərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Naxçıvan komandası buna görə 50 manat cərimə edilib.
“Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 70 manat cərimə edilib.


