Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci turuna start verilib.
Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Xankəndi” – “Səbail” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. MOİK “Şahdağ Qusar”a minimal hesabla uduzub. “Baku Sportinq”in qonağı olmuş “Karvan” isə darmadağına sevinib.
İlk turun qalan oyunları sentyabrın 4-də keçiriləcək.
Birinci Liqa
1-ci tur
3 sentyabr
MOİK – “Şahdağ Qusar” 0:1
Qol: Joze Zento, 14.
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Binə qəsəbə stadionu. 17:00.
“Baku Sportinq” – “Karvan” 0:3
Qollar: Samir Abdullayev, 4. Elmin Bayramov, 54. Eze Sillas, 80.
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Baku Sportinq Arena”. 17:00.
“Xankəndi” – “Səbail” 1:1
Qollar: Musa Musazadə, 33 – Rubin Seyidov, 13.
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
4 sentyabr
“Şimal” – “Gəncəbasar”
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 17:00.


