“Sabah” Filip İvanoviç ilə yollarını ayırdı

“Sabah” klubu müdafiəçisi Filip İvanoviç ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı müdafiəçinin müddəti başa çatan müqaviləsi yenilənməyib.

Serbiyalı oyunçu 2018-ci ildən bu komandanın üzvü olub və 59 görüşdə iştirak edib. O, “Sabah”da Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.

Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

“Sabah” daha öncə Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Təmkin Xəlilzadə, Dmitro Klots, Elşən Abdullayev, Ruslan Abışovla da vidalaşmışdı. Saşa Stamenkoviç, Zurab Oçiqava, Xulio Rodriqes və Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayan klub, “Zirə”dən Elvin Camalovu transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: