Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.
“Şimal”ın qonağı olmuş “Gəncəbasar” mövsümə qələbə ilə başlayıb. Dörd qolun qeydə alındığı “Mingəçevir” – “Zaqatala” matçında isə qalib müəyyənləşməyib.
Birinci Liqa
1-ci tur
3 sentyabr
MOİK – “Şahdağ Qusar” 0:1
Qol: Joze Zento, 14.
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Binə qəsəbə stadionu. 17:00.
“Baku Sportinq” – “Karvan” 0:3
Qollar: Samir Abdullayev, 4. Elmin Bayramov, 54. Eze Sillas, 80.
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Baku Sportinq Arena”. 17:00.
“Xankəndi” – “Səbail” 1:1
Qollar: Musa Musazadə, 33 – Rubin Seyidov, 13.
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
4 sentyabr
“Şimal” – “Gəncəbasar” 1:2
Qollar: Niyazi Osmanov, 42 – Dileyn Açimi, 16; 75.
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
“Mingəçevir” – “Zaqatala” 2:2
Qollar: Roman Hüseynov, 18. Cavanşir Şahbazlı, 54 – Bəhram Köçərli, 45+3-pen. Raul Nağıyev, 83.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 17:00.


