Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 3-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Şamaxı-2” – “Qəbələ-2” oyununda qonaqlar qalib gəlib. Səfərdə “Araz-Naxçıvan-2” ilə qarşılaşmış “Sabah-2” darmadağına sevinib. “Kəpəz-2” “Turan Tovuz”un, “Şəfa-2” isə “İmişli”nin ikinci komandasını böyük hesabla məğlub edib.
3-cü turun qalan görüşləri sentyabrın 6-da keçiriləcək.
Əvəzedicilər Liqası
3-cü tur
5 sentyabr
“Şamaxı-2” – “Qəbələ-2” 2:4
Qollar: İslam İsmayılzadə, 38; 75 – Allahverdi Şirinov, 22. Ayxan Əmiraslanlı, 41. Daniel Eşimoxay, 67. Rəvan Əsədov, 74.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Şamaxı şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan-2” – “Sabah-2” 1:5
Qollar: Nihat Mehralıyev, 67 – Amir Qəribov, 10; 50. Nihad Cabbarov, 18. Anar Cəbiyev, 48. İlkin Cəfərli, 90+1-pen.
Hakimlər: Niyaz Əhmədov, Aydın Baxşıyev, Ruslan Babayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Binə qəsəbə stadionu, 16:30.
“Kəpəz-2” – “Turan Tovuz-2” 6:2
Qollar: Şahnur İsmayılov, 14; 80; 84. Raul İsaqov, 44; 90+1. Turqut Mustafazadə, 53 – İsmayıl İsmayılov, 18; 29.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Şəfa-2” – “İmişli-2” 3:0
Qollar: İsmayıl Rzayev, 7. Elnur Həmzəbəyli, 19. Ramin Nəsirli, 76.
Hakimlər: Maqsud Şamıyev, Safalı Ağayev, Sadiq Əliyev, Mehdi Yusifov.
Hakim-inspektor: Anar Salmanov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.
6 sentyabr
“Zirə-2” – “Neftçi-2”
Hakimlər: Nazim Abdullayev, Elman Kərimov, Rizvan Süleymanov, Vaqif Vəliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Binə qəsəbə stadionu, 16:30.
“Sumqayıt-2” – “Qarabağ-2”
Hakimlər: Ceyhun Hüseynov, Elmin Süleymanov, Hüseyn Vəliyev, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.


