Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə, son çempion “Sabah” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib.
“Masazır Arena”da baş tutmuş görüşün baş hakimi İnqilab Məmmədov olub. Meydan sahibləri bu görüşdə 5 cavabsız qolla qalib gəliblər.
Premyer Liqa
4-cü tur
5 sentyabr
“Sabah” – “Zirə” 5:0
Qollar: Velko Simiç, 7. Coy Lens Mikels, 13-pen; 30; 57. Kristian Nvaçukvu, 51.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Masazır Arena”, 18:30.
Sabah: 92. Stas Pokatilov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Rahmonaliyev, 8. Kristian Nvaçukvu.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 6. Abdulla Xaybullayev, 16. Rauf Rüstəmli, 11. Kahim Parris, 37. Du Keyros, 33. Junior Almeyda, 99. Patrik Mbina, 88. Rodriqo Fernandes, 4. Eyden Makkarti, 23. Yunes Laşaab, 35. Cafet Bulus.
Baş məşqçi: Valdas Dambrauskas.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 2. Amin Seydiyev, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 20. İssa Cibrilla, 17. Vieyrinya, 5. Ange Mutsinzi, 16. Ktatau, 7. Eren Aydın.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 41. Anar Nəzirov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Ayxan Hüseynov, 10. Georgi Papunaşvili, 27. Bayere Lue, 3. Dimitri Leqbo, 29. Kris Diqbeu.
Baş məşqçi: Rəşad Sadıqov.


