Premyer Liqa: Son 21 mövsümdə ilk dəfə 26 qol!

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunda qapılara 26 qol vurulub.

Arena.az xəbər verir ki, “Sabah” – “Zirə” (5:0), “Kəpəz” – “Şamaxı” (1:4), “Neftçi” – “Şəfa” (4:1), “Qarabağ” – “Araz-Naxçıvan” (3:2) qarşılaşmalarının hərəsində 5 qol qeydə alınıb.

“Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” (hər ikisi 2:1) matçlarında isə 3 top vurulub.

Turda orta məhsuldarlıq 4,33-ə bərabər olub. Bu, təkcə cari deyil, son 6 mövsümün rekordudur.

Premyer Liqa tarixində daha yüksək göstərici sonuncu dəfə 2020/2021-ci illər mövsümündə qeydə alınıb. 2020-ci il noyabrın 21-23-də keçirilmiş 10-cu turun 4 qarşılaşmasında 19 qol vurulub. Orta məhsuldarlıq 4,75-ə bərabər olub.

Ümumi qol sayında isə bu göstərici son 21 mövsümün rekordudur. 2005/2006-cı illər mövsümünün 26-cı turunda 27 qol vurulub. 2006-cı il mayın 29-30-da 7 görüşdə orta göstərici 3,86 olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: