Premyer Liqa: Mövsümün rekordu Gəncədə yeniləndi

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümündə tamaşaçı rekordu yenilənib.

Arena.az xəbər verir ki, bu, 4-cü turun “Kəpəz” – “Şamaxı” matçında qeydə alınıb.

Gəncə şəhər stadionunda keçirilmiş matçı 15000 tamaşaçı izləyib.

Ötən tur qeydə alınmış əvvəlki rekord 13500-ə bərabər idi. Bu, eyni arenada baş tutmuş “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasına təsadüf etmişdi.

Qeyd edək ki, “Kəpəz” – “Şamaxı” ilə görüşdə 1:4 hesabı ilə məğlub olub.

“Kəpəz” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. Gəncə təmsilçisinin 1 oyunu da təxirə salınıb. Bu komanda 3 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

“Şamaxı” isə 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Əyalət təmsilçisi 5 xalla 6-cıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: