Son olaraq İtaliyanın “Kremoneze” klubunda oynamış ingilis hücumçu Ceymi Vardi bundan sonra “Börnli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında sözləşmə 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
39 yaşlı hücumçu yeni klubuna keçidini belə şərh edib:
“Börnli”yə gəldiyim üçün çox şadam. Bu klubun zəngin futbol tarixi və şəhərini təmsil edən komandaya layiq olduqlarını düşünən ehtiraslı azarkeşləri var. Meydana çıxmaq və komandanın düzgün istiqamətdə irəliləməsinə kömək etmək üçün səbirsizlənirəm”, – deyə Vardi bildirib.
Xatırladaq ki, Ceymi Vardinin son klubu İtaliya “Kremoneze”si olub. O, ötən mövsüm A Seriyasında 29 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yayda ingiltərəli futbolçu azad agent statusu alıb.
Ceymi Vardi 2012-2025-ci illərdə “Lester Siti”nin formasını geyinib. O, bu komandanın heyətində 2015/2016-cı illər mövsümündə İngiltərə çempionu olub, həmçinin ölkə İngiltərə Kubokunun və İngiltərə Super Kubokunu qazanıb. Hücumçu “Lester Siti”də ümumilikdə 500 matç keçirib, 200 qol vurub və 71 məhsuldar ötürmə edib.
İngiltərə millisində isə 26 oyuna çıxmış Vardi 7 qol vurub. O, yığmanın heyətində 2016-cı il Avropa çempionatında və 2018-ci il dünya çempionatında iştirak edib.


