Fransalı hücumçu Mahamadu Sanqare “Mançester Siti”dən ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Qadisiyə” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu yeni klubu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb. Transferin maliyyə detalları açıqlanmayıb.
Sanqare ötən ilin yayında PSJ-dən azad agent kimi “Mançester Siti”yə keçmişdi. O, İngiltərə klubunun əsas komandasında heç bir oyunda iştirak etməyib.
Fransalı hücumçu “Mançester Siti”nin akademiyasında keçirdiyi bir mövsümdə 30 matça çıxıb, 15 qol vurub. O, UEFA Gənclər Liqasında “Monako”ya qarşı oyunda het-trik edib.
Sanqarenin karyerasını yenidən Fransada davam etdirəcəyi və icarəyə göndəriləcəyi gözlənilsə də, futbolçu Səudiyyə Ərəbistanına daimi transfer olunmağa qərar verib.
Mahamadu Sanqare PSJ-nin yetirməsidir və Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.


