AFFA-dan “Turan Tovuz”un futbolçusuna 1 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 3-cü turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 3-cü tur

“Kəpəz-2” – “Turan Tovuz-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilimiş vaxtdan gec gəldiyinə görə Gəncə komandası 200 manat cərimə edilib. Oyunun 57-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Hüseyn Bayramzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Tovuz klubu buna görə 50 manat cərimə edilib.

“Zirə-2” – “Neftçi-2” oyununda “Neftçi”də 7 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: