“Liverpul” APL tarixinin rekord sponsorluq müqaviləsinə imza atdı

“Liverpul” 2027-ci ildən etibarən Premyer Liqa tarixinin ən böyük məbləğli titul sponsorluğu müqaviləsi üzrə “Turkish Airlines” ilə əməkdaşlıq edəcək.

Arena.az xəbər verir ki, Türkiyə aviaşirkəti 2027-ci il iyunun 1-dən İngiltərə klubunun yeni əsas titul tərəfdaşı olacaq.

“Liverpul” 2010-cu ildən titul sponsoru olan “Standard Chartered” bankını “Turkish Airlines” ilə əvəzləyəcək.

“The Athletic”in məlumatına görə, 5 illik müqavilənin ümumi dəyəri 350 milyon funt sterlinqdən çoxdur. Bu, APL tarixində ən böyük sponsorluq anlaşmasıdır.

“Bu yeni səhifəni açarkən, “Liverpul” futbol klubu və dünyanın hər yerindəki azarkeşləri ilə birlikdə irəliləmək fürsətini səbirsizliklə gözləyirik”, – deyə “Turkish Airlines” şirkətinin baş direktoru Ahmet Olmuşdur bildirib.

Qeyd edək ki, “qırmızılar” 6 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun və 20 dəfə İngiltərə çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: