U-15 millimizin DÇ üçün yekun heyəti müəyyənləşir

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-15) formalaşdırılması məqsədilə seçim prosesi davam edir.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, oktyabrın 22-dən 31-dək ölkəmizdə ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə növbəti təlim-məşq toplanışı baş tutacaq. Bakıda təşkil ediləcək təlim-məşq toplanışı 8-9 sentyabr və 12-14 sentyabr tarixlərində Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək. Hazırlıq prosesi çərçivəsində futbolçuların seçimi davam etdiriləcək və dünya çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.

Qeyd edək ki, toplanışlara dəvət olunmuş 25 futbolçu arasından dünya çempionatında iştirak edəcək 14 futbolçu seçiləcək.

Həmçinin U-15 milli komandasında (2012-ci il təvəllüdlü futbolçular) UEFA İnkişaf Turnirinə hazırlıq məqsədilə seleksiya prosesi davam edir. Sözügedən turnirin 20-26 oktyabr tarixlərində Maltada keçiriləcək.

Milli komandanın təlim-məşq toplanışlarına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:

Oqtay Mehrəliyev – Qarabağ
Daniil Bayramari – Qəbələ
Məhəmməd Ağamalıyev – Qarabağ
Abbas Məmmədli – Qarabağ
Asif Allahverdizadə – Ulduz
Emil Quliyev – Neftçi
Teymur Quliyev – Ulduz
Əkbər Nağıyev – Neftçi
Kənan Əzimov – Neftçi
Həsən Məhmədov – Sabah
Murad Zeynallı – Ulduz
Səbran Muradlı – Qarabağ
Müşfiq Zamanov – Ulduz
Xalid Soltanov – Qəbələ
Ömər Allahverdiyev – Turan Tovuz
Səbuhi İbrahimli – Ulduz
Yusif Əlizadə – Ulduz
Həsən Ramazanov – Sabah
Murad Məmmədzadə – Sabah
Nihad Bəylərli – Ulduz
Əli Hacıyev – Sabah
Həsən Müşfiqzadə – Qarabağ
Ramil İsmayıllı – Karvan
Maksim Adamov – Neftçi
Amin Tağıyev – Qarabağ

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: