Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 2-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Zəngəzur” “Dinamo”ya səfərdə, “Marafon” “Difai”yə evdə qalib gəlib. “Kür-Araz” “Şəki”ni, “Hypers” isə “Ağstafa Gəncləri”ni 3 cavabsız qolla yenib.
İkinci Liqa
2-ci tur
7 sentyabr
“Qaradağ Lökbatan” – “Şirvan” 2:3
Qollar: Rəhman Quliyev, 18. İsa Zeynallı, 55-pen – İbrahim İbrahimli, 35. Çingiz Məmmədov, 48. Elcan Məmmədov, 62.
Hakimlər: Nəriman Ağayev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Samir Musayev.
Hakim-inspektor: İmanxan Sultani.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Ağdaş” – “Şəmkir” 0:1
Qol: Coşqun Əsədzadə, 78.
Hakimlər: Rasim Musayev, Ruslan Məmmədov, İlkin Mustafazadə, İlqar Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Ağdaş şəhər stadionu, 16:30.
8 sentyabr
“Dinamo” – “Zəngəzur” 0:1
Qol: Tural Qurbatov, 31.
Hakimlər: Mehdi Yusifov, Rizvan Süleymanov, Samir Cabbarov, Məleykə Məmmədova.
Hakim-inspektor: Orxan Məmmədov.
Binə qəsəbə stadionu, 16:00.
“Marafon” – “Difai” 1:0
Qol: Pərviz Qaraxanov, 90+3.
Hakimlər: Vaqif Vəliyev, Ruslan Babayev, Cavid Ömərov, Ləman Əmirli
Hakim-inspektor: Zöhrab Qədiyev
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Kür-Araz” – “Şəki” 3:0
Qollar: Elxan Məmmədov, 1; 6-pen. Bayram Əliyev, 51.
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Yasin Cəbizadə.
Hakim-inspektor: Babək Quliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Hypers” – “Ağstafa Gəncləri” 3:0
Qollar: Ceyhun Rəcəbli, 63. Aqil Nəzərov, 74. Elariz Xəlilli, 90+1.
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
Bərdə şəhər stadionu, 16:30.



