Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, mərasim sentyabrın 18-ində “Holiday INN” otelinin “Baku 1” zalında baş tutacaq.
Tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Saat 13:00-da başlanacaq tədbirə Peşəkar Futbol Liqasının 2026/2027-ci illər mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri dəvətlidirlər.
Qeyd edək ki, Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 34 komandanın iştirakı ilə keçiriləcəyi vurğulanıb. Turnirin təqvimi və dəqiq reqlamenti isə püşkatmadan sonra bəlli olacaq.
Xatırladaq ki, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi “Sabah” komandasıdır. Premyer Liqanın da qalibi olmuş “bayquşlar” ötən mövsümü “qızıl dubl”la başa vurmuşdular.


