17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Moldovada keçirilən beynəlxalq turnirdə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz bu turnirdəki ikinci sınağından da məğlubiyyətlə ayrılıb.
Komandamız Moldovanın U-18 yığması ilə qarşılaşıb. Kişinyov şəhərindəki “Technical Center of FAM”da təşkil edilmiş qarşılaşma Moldovanın U-18 millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi bu turnir çərçivəsində keçirdiyi ilk oyunda da Moldovanın U-17 yığması ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu.
Milli komandamız sentyabrın 11-də bu turnirdə daha bir matça çıxacaq. Futbolçularımızın Latviyadan olan həmyaşıdları ilə üz-üzə gələcəklər:
11.09.2026, saat 14:30 (Bakı vaxtı)
Latviya – Azərbaycan
“Technical Center of FAM”.


