Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Zaqatala” “Baku Sportinq”lə ev oyununda darmadağına sevinib. “Səbail” “Mingəçevir”lə, “Gəncəbasar” da “Xankəndi” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb.
2-ci tura sentyabrın 11-də keçiriləcək son bir oyunla yekun vurulacaq.
Birinci Liqa
2-ci tur
9 sentyabr
“Şahdağ Qusar” – “Karvan” 2:0
Qollar: İdir Butrif, 15. Joze Zenqo, 24.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 16:30.
10 sentyabr
“Zaqatala” – “Baku Sportinq” 3:0
Qollar: İbrahim Ramazanov, 5. Əsədulla Heydərov, 60. Əfqan Əliyev, 88.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Səbail” – “Mingəçevir” 2:1
Qollar: Yan De Vaskonselos, 11. Abbas Ağazadə, 28 – Samson Oqunmola, 61.
Hakimlər: Səbuhi Bayramov, Samir Qaracayev, Məmmədəli Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 16:30.
“Gəncəbasar” – “Xankəndi” 2:1
Qollar: Dileyn Açimi, 52; 82-pen – Musa Musazadə, 36.
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Anar Bədəlov, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Gəncə şəhər stadionu, 17:00.
11 sentyabr
MOİK – “Şimal”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 16:30.


