Mərakeşin “Raca Kasablanka” klubunun mərkəz müdafiəçisi Mehdi Mçaxçex bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Zirə”nin mətbuat xidmətinə istinadən xəbər verir.
Mərakeşli müdafiəçi ilə 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Transferin digər detalları barədə məlumat verilməyib.
22 yaşlı futbolçu “Raca Kasalankadan”dan əvvəl ölkəsinin “Kentira” klubunda da çıxış edib.
2025-ci ildən Mərakeş yığmasında çıxış edən Mehdi Mçaxçex millinin heyətində 3 oyuna çıxıb.
“Zirə” bu yay Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya, Hüseynəli Quliyev, Kris Diqbeu, Dameyn Smit, Lue Bayere, Dimitri Leqbo və Ktataunu da heyətinə qatıb.
Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə yeni müqavilə imzalanıb.
Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov, Fuad Bayramov, Brahim Konate, Əkbər Eyyubov, Namiq Ələsgərov və Junior Martins isə komandanı tərk ediblər.


