Pedro Neto “Çelsi” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə Portuqaliya millii komandasının və “Çelsi”nin cinah hücumçusu Pedro Neto İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

26 yaşlı vingerin “zadəganlar”la yeni müqaviləsi 2032-ci ilin 30 iyununadək nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2031-ci ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Neto “Çelsi”yə 2024-cü ilin avqust ayında “Vulverhempton”dan 60 milyon avro müqabilində keçib. Bir sözlə, 26 yaşlı sağ vingerin İngiltərə klubu ilə 2032-ci ilin yayınadək müqaviləsi mövcuddur.

Pedro Neto “Çelsi”nin heyətində 108 oyuna çıxıb. O, bu oyunlarda 21 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Neto “Vulverhempton”dan öncə “Braqa” və “Latsio”da çıxış edib. Yarımmüdafiəçi Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2020-ci ilin noyabr ayında əsas millidə debüt etmiş futbolçu, Portuqaliya yığmasında 30 oyuna 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: