Əvəzedicilər: “Neftçi” “Şəfa”nı 4 cavabsız qolla yendi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 4-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Neftçi”nin ikinci komandası “Şəfa”nın əvəzediciləri ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb.

4-cü turun qalan görüşləri sentyabrın 12-də, 13-də və 14-də keçiriləcək.

Əvəzedicilər Liqası
4-cü tur

11 sentyabr

“Neftçi-2” – “Şəfa-2” 4:0
Qollar: Tunar Mehdiyev, 15. Elvin Vəliyev, 27. Məhəmməd Məmmədli, 45+1. Vüsal Kərimov, 58.
Hakimlər: Ləman Əmirli, Orxan İbişov, Asif Abdullayev, Murad Səlimov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

12 sentyabr

“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Niyaz Əhmədov, Aydın Baxşıyev, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Binə qəsəbə stadionu, 16:00.

13 sentyabr

“Qəbələ-2” – “İmişli-2”
Hakimlər: Nahid Xasıyev, Sənan Atayev, Hüseyn Vəliyev, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Turan Tovuz-2” – “Sumqayıt-2”
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Elvin Mədətov, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 16:00.

14 sentyabr

“Şamaxı-2” – “Kəpəz-2”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Əkbər Əliyev, Mehdi Yusifov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: