U-20 millimizin Qəbələ toplanışı üçün 23 futbolçu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bu ay və gələn ay Qəbələdə təlim-məşq toplanışları təşkil ediləcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, komandamız sentyabrın 14-dən 21-nə qədər və sentyabrın 24-dən oktyabrın 6-na qədər Qəbələdə təlim-məşq toplanışları keçirəcək.

Hazırlıq prosesi çərçivəsində U-20 millimiz üç yoxlama oyunu keçirəcək. Qarşılaşmalarla bağlı əlavə məlumat yaxın zamanda təqdim olunacaq.

Təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

  1. Tunar Mehdiyev (“Neftçi”)
  2. Nicat Məhərrəmov (“Neftçi”)
  3. Vüsal Kərimov (“Neftçi”)
  4. Əli İbrahim (“Qarabağ”)
  5. Pünhan Qasımzadə (“Neftçi”)
  6. Abduləziz Cabbarlı (“Qarabağ”)
  7. Anar Hüseynov (“Sabah”)
  8. Əli Qazibəyov (“Qarabağ”)
  9. Həsən Nəzərli (“Keçiören Spor”, Türkiyə)
  10. Həbib Hüşənov (“Qəbələ”)
  11. Rauf Eyyubov (“Sabah”)
  12. Ayxan Abbaszadə (“İmişli”)
  13. Uğur Qurbanlı (“Qarabağ”)
  14. Səttar Tahirzadə (“Marcet”, İspaniya)
  15. Murad Qurbanov (“Zirə”)
  16. Həzrət Səmədov (“Sabah”)
  17. Rəşad Alışov (“Qarabağ”)
  18. Rəvan Feyziyev (“Qəbələ”)
  19. Əhməd Tarverdiyev (“Sabah”)
  20. Tuncay Əhmədov (“Sabah”)
  21. Elyas Bağci (“Herta Berlin”, Almaniya)
  22. Raul İsaqov (“Kəpəz”)
  23. Əliəkbər Rzazadə (“Qarabağ”)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: