Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Gəncədə baş tutub.

“Kəpəz” “Qəbələ”ni qəbul edib. Gəncə şəhər stadionunda təşkil edilmiş oyunun baş hakimi Tural Qurbanov olub. Bu qarşılaşmanın taleyini bir qol həll edib. Yekunda Gəncə təmsilçisi tək qolla 3 xala sevinib.

Premyer Liqa
5-ci tur
12 sentyabr

“Kəpəz” – “Qəbələ” 1:0
Qol: Viktor Stina, 64.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu, 17:30.

Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov, 7. Namik Ələskərov, 99. Əli Səmədov (k), 9. Kennet Kalunqa, 21. Azuma Abubakar, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 6. Vadim Abdullayev, 20. Rafael Məhərrəmli, 8. Şakir Seyidov, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 33. Benito, 27. Desmond Akua.
Baş məşqçi: Azər Məmmədov.

Qəbələ: 1. Səlahət Ağayev (k), 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 9. Karim Rossi, 6. Xayme Syerra, 12. Kouya Mabea, 16. İsaak Amoa, 5. Natan Monzanqo, 80. Meşak Uboçioma, 3. Edson Eduardo.
Ehtiyat oyunçular: 32. Artur Motta, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 2. Aqşin Yaqubov, 21. Ziya Şəkərxanov, 19. Xəyyam Məmmədli, 30. Cuma Hüseynov, 7. Bruno Silva.
Məşqçi: Amil Ağacanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: