“Çelsi”nin baş məşqçisi Xabi Alonso İngiltərə Premyer Liqanın 4-cü turu çərçivəsində “Hall Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, London təmsilçisi şənbə günü evdə keçirdiyi görüşdə qələbə qazana bilməyib.
Dörd qolun qeydə alındığı görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Xabi Alonso matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Bu nəticə bizi məyus etdi. Məqsədimiz qələbə qazanmaq idi. Xüsusilə hesabda önə keçdikdən sonra oyunumuzun bəzi məqamları bizi qane edə bilməz. Biz daha yaxşı oynamağa qadirik.
15-20 dəqiqə yaxşı futbol göstərmək kifayət deyil. Bütün matç, 90 dəqiqə ərzində eyni səviyyəni qorumaq lazımdır. Bəzən belə tempi və intensivliyi saxlamaq üçün gücümüz çatmır”, – deyə ispaniyalı mütəxəssis bildirib.


