“Fulhem”in baş məşqçisi Alvaro Arbeloa İngiltərə Premyer Liqasının 4-cü turunda “Liverpul”la 0:0 hesablı heç-heçəni şərh edib.
Arena.az xəbər verir ki, London təmsilçisi bununla mövsümdə ilk xalını qazanıb.
“Fulhem” bundan əvvəl “Çelsi”, “Sanderlend” və “Kristal Pelas”a ardıcıl üç oyunda məğlub olmuşdu.
Arbeloa “Liverpul”la heç-heçədən sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Yalnız nəticə deyil, futbolçularımın bu stadionda çox güclü rəqibə qarşı necə çıxış etmələri də məni sevindirir. Biz razıyıq. “Kristal Pelas”la oyundan sonra futbolçular problemin nədən ibarət olduğunu anladılar və onu aradan qaldırdıq.
Bu gün daha balanslı göründük, həqiqətən yüksək səviyyədə oyun keçirdik və “Liverpul”u dayandıra bildik”.
Bu nəticədən sonra “Fulhem” 1 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


