PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının (Liqa 1) 4-cü turu çərçivəsində “Brest”ə qarşı keçirdikləri oyunun şərh edib.
Arena.az xəbər verir ki, sentyabrın 13-də keçirilmiş qarşılaşma Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 5-ci dəqiqəsində Ferran Torresin vurduğu erkən qol PSJ-yə üç xal qazandırıb. Bu, Paris klubunun cari mövsümdə Liqa 1-də ilk qələbəsi olub.
Luis Enrike səfərdə qazandıqları qələbədən sonra komandasının oyunundan narazı qalıb. O, futbolçularının müdafiədə ciddi səhvlərə yol verdiyini bildirib:
“Bu gün komandamız qollara səbəb ola biləcək açıq səhvlərə yol verdi. Adətən son üç oyunda müdafiə baxımından yüksək səviyyə nümayiş etdirirdik. Rəqib zərbələr endirir və qollar vururdu. Bu matçda qalib gəlməyimiz təəccüblüdür. Çünki bu, keçirdiyimiz dörd qarşılaşmanın ən pis oyunu idi”.
Qeyd edək ki, PSJ bu qələbədən əvvəl Fransa çempionatında keçirdiyi üç oyunda qələbə qazana bilməmişdi.


