AFFA “Kəpəz”i 5000 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqasının son oyunları ilə bağlı qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 5-ci tur

“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Gəncə klubu 5000 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 4-cü tur

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununda “Qarabağ”da 4 nəfər sarı vərəqə aldığı üçün Ağdam komandası 70 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib.

“Qəbələ-2” – “İmişli-2” oyunu “İmişli”nin qapıçısının formasında problem olması səbəbindən gec başladığı üçün sözügedən klub 150 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: