AFFA ən ağır cəzanı “Zaqatala” və “Gəncəbasar”a kəsdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 2-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 2-ci tur

“Şahdağ Qusar” – “Karvan” oyununda “Şahdağ Qusar”da 5 nəfər sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Qusar” komandası daha 750 manat cərimə ödəyəcək. “Karvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 210 manat cərimə edilib.

“Zaqatala” – “Baku Sportinq” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib. Oyundan əvvəl “Zaqatala” matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə klub daha 450 manat cərimə ödəyəcək. Oyun “Zaqatala”nın futbolçularının formasında problem olması səbəbindən gec başladığı üçün əyalət təmsilçisi daha 450 manat cərimə edilib.

“Səbail” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

“Gəncəbasar” – “Xankəndi” oyununda “Gəncəbasar”ın 7 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klubu 210 manat cərimə edilib. Oyundan əvvəl “Gəncəbasar” matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə Gəncə komandası 450 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Gəncəbasar” 750 manat cərimə ödəyəcək. Bu oyunda “A buraxılışı” olmayan şəxslər texniki zonada olduğuna görə “Gəncəbasar” 300 manat cərimə edilib. “Xankəndi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

MOİK – “Şimal” oyununda “Şimal”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: