Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) yoxlama oyunu keçirəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, komandamız hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. U-20 millimiz oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-na qədər davam edəcək.


