Donnarumma: “Bunu heç kim bizdən ala bilməz”

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma Premyer Liqanın 4-cü turunda “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, italiyalı qapıçı görüşün 23-cü dəqiqəsində “Siti”nin yarımmüdafiəçisi Fil Fodenin meydandan qovulmasına da münasibət bildirib:

“Komanda yoldaşlarımın oyununu çox bəyəndim, bu, möhtəşəm idi. Fodenə göstərilən qırmızı vərəqə isə sərt qərar idi. Həqiqətən də çox sərt. Əgər bu qırmızı vərəqə ilə bağlı suallar verirsinizsə, bizim vurduğumuz qolla bağlı da suallar verməlisiniz. Amma futbol belədir, bunlar oyunun bir hissəsidir.

Komandanın oyunundan, meydanda qalmaq və çətin anlara düzgün reaksiya vermək bacarığımızdan səmimi qəlbdən məmnunam. Bunu heç kim bizdən ala bilməz”, – deyə Donnarumma “Sky Sports”a açıqlamasında bildirib.

Qapıçı komandanın mübarizəni davam etdirməli olduğunu vurğulayıb:

“Bizim kimliyimiz budur. Bu, bizim komandamızdır. Bu, “Mançester Siti”dir. Eyni ruhda davam etməliyik. İrəliyə inamla getməli və çox çalışmalıyıq, çünki qarşıdakı hər oyun çətin olacaq. Böyük hədəflər uğrunda mübarizə aparmaq istəyiriksə, çox işləməliyik.

Əminəm ki, bunu edəcəyik. Çünki bizim fantastik məşqçimiz var. Bu forma və bizə çox şey verən, böyük dəstək göstərən bu klub üçün bütün gücümüzü ortaya qoyacağıq. “Siti”nin möhtəşəm tarixi var və biz azarkeşlərimizə çox şey qaytarmalıyıq”.

Xatırladaq ki, MS Mançester derbisində 1:0 hesablı səfər qələbəsinə sevinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: