Rəhim Həsənov Elçin Məsiyevin səhvini etiraf etdi – Video

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 5-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 5-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov bütövlükdə 2 oyunda qeydə alınmış 2 mübahisəli epizoda şərh verib. O, “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında baş hakim Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib. Komitə sədri FİFA referisinin matçın 80-ci dəqiqəsində “Araz-Naxçıvan”ın hücumçusunun cərimə meydançasında qapıçı ilə toqquşaraq yıxılmasının penalti kimi dəyərləndirilməsinin səhv qərar olduğunu vurğulayıb.

“Kəpəz” – “Qəbələ” matçında isə bir epizodla bağlı hakim qərarı qaydalara uyğun olub.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: